Yeni Suzuki Jimny tanıdıldı!

Yeni Suzuki Jimny tanıdıldı!

Suzuki’nin uzun illərdir bazarda olan Suzuki Jimny modeli, edilən bir neçə kiçik dəyişikliklə Avropa bazarı üçün rəsmi olaraq tanıdıldı.

Edilən açıqlamada Avropada satılan Jimny’nin 1.3 litrlik benzinli motorunun 1.5 litrlik yeni motor ilə dəyişdirildiyi bilgisi paylaşıldı.

Yapon marka yeni motor ilə bağlı bütün dövr aralıqlarında yüksək dönüş imkanı verdiyini və bu yüksək dönüş imkanının köhnə modelə nəzərən daha yaxşı olduğunu açıqladı. Bu sayədə yeni Suzuki Jimny, yollarda daha yaxşı  çəkmə gücü təmin edəcəyi mənasını verir.

 

 

 

 

 

 

1.5 litrlik motorun gücü, Suzuki’nin Allgrip Pro AWD adlı 4 təkərdən çəkiş sistemi ilə Jimny’nin bütün təkərlərinə transfer edir. Yarı zamanlı  4 təkərdən çəkiş sistemi deyə biləcəyimiz bu sistem, 2H (2 təkərdən çəkiş və yüksək sürət), 4H (4 təkərdən çəkiş və yüksək sürət), 4L (4 təkərdən çəkiş və aşağı sürət) şəklində nizamlamalara da sahibdir.

Bu nizamlamalar sükandakı düymənin köməyi ilə rahat bir şəkildə idarə oluna bilir.