Trumpın istəkləri Fiat-a təsir edəcək.

Trumpın istəkləri Fiat-a təsir edəcək.

ABŞ Prezidenti Donald Trump'ın ABŞ'a idxal edilən avtomobillərə gətirməyi düşündüyü verginin ən çox ziyan vuracağı markalardan biri də İtalyan istehsalçı "Fiat Chrysler" (FCA) olacaq. FCA keçdiyimiz il ABŞ'a 150 mindən çox avtomobil ixrac etmişdi.

Trump'ın start verdiyi ticarət savaşları avtomobil istehsalı sahəsində də önəmli dəyişikliklərə səbəb ola bilər. ABŞ'a avtomobil ixrac edən ən önəmli firmalar arasında yer alan FCA'nın, yüzdə 25'ə qaldırılacaq vergilərdən ən çox təsir görəcək markalar arasında olacağı təxmin edilir.

Trump'ın keçdiyimiz günlərdə elan etdiyi yüzdə 25% lik gömrük vergisinin təstiqlənməsi halında, Evercore ISI'nın analizinə görə FCA'nın illık mənfəətində 866 milyon dollara çatan azalma yaşana bilər.

ƏN ÇOX "RENEGADE" MODELİ TƏSİR GÖRƏCƏK

FCA keçdiyimiz il ABŞ'a 158 min 553 ədət avtomobil ixrac etmişdi. Bu avtomobillərin önəmli bir hissəsini isə FCA'nın İtalyadakı Melfi fabrikasında istehsal edilən "Jeep Renegade" təşkil edir. "Renegade"nin illik ixracatı 103 min ədətin biraz üzerindədir.

İlk beş aylıq müddətə baxıldıqda isə FCA'nın ABŞ'a toplam ixracatı öncəki ilin eyni dövrünə nisbətlə 2.8 % artışla 66 min 735 ədetə çatmışdır.

Fiat'ın ABŞ'a ixrac etdiyi digər məşhur modellər arasında Alfa Romeo, Maserati və Fiat 500X Crossover də yer alır.