Tesla, Keçən Aydakı Qəza Barəsində Açıqlama Verdi!

Tesla, Keçən Aydakı Qəza Barəsində Açıqlama Verdi!

Keçən ay baş verən və ölümlə nəticələnən qəza barəsində "Tesla"-dan etiraf gəldi. Qeyd etdiklərinə görə,  qəza anında avtomobil avtomatik pilotda idi.

23 Martdakı qəzada "Tesla"-ın  Model X avtomobili  yol kənarında bariyerlərə dəyərək yanmışdı.

Şirkət, həyatını itirən 38 yaşlı sürücünün qəzadan saniyələr əvvəl avtomobili avtomatik pilot rejiminə keçirdiyi öyrənildi. Ancaq sistemin yol kənarındakı bariyerləri görüb görmədiyi barəsində  məlumat verilmədi.

Şirkət web saytlarındakı açıqlamada " Sürücü qəzadan əvvəl sükanı ələ alması barəsində səsli və vizual xəbərdarlıqları qəbul etmişdi. Beton bariyerə dəymədən əvvəl, 5 saniyə və 150 metr boyunca beton bariyeri görə bilərdi, lakin heç bir şey etmədi" dedi.