Lexus modelləri dünyanın ən qüsursuz avtomobilləri seçildi

Lexus modelləri dünyanın ən qüsursuz avtomobilləri seçildi

Keçdiyimiz günlərdə qlobal araşdırma şirkəti olan və avtomobil dünyasının ən çox izlədiyi araşdırma nəticələrini paylaşmaqla məşhur olan J.D Power, yeni keyfiyyət araşdırması edərək dünyanın en qüsursuz avtomobilinin Lexus markasına aid olan avtomobillər olduğunu açıqladı.

Yapon avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən Lexus atomobil markası son illərdə dünyada laiq olduğu nüfuz əldə etdi. Marka, dizayna, texnologiyaya və güvənliyə ciddi yatırımlar edir. Daim, daha yaxşını hədəfləyən komanda ilə çalışan Lexus markası, keçdiyimiz günlərdə dünyanın ən qüsursuz avtomobil markası seçildi.

Tam 36.186 avtomobilin incələndiyi bu araşdırmada fərqli seqmentlərdən 224 model  qarşılaşdırıldı. Çox ətraflı istifadəçi anketiylə ən çox 3 yaşındaki minik vasitələri incələndi. İstifadəçilərə 0-3 il arasındaki avtomobillər ilə yaşadıqları problemlər soruşuldu. İstifadəçi təcrübəsi analiz edildiyində də ən qüsursuz avtomobillərin Lexus markasına aid olanlar olduğu ortaya çıxtı.

3 ildən az avto vasitə sahibi olan istifadəçilərə vasitənin işləmə sürətindən mühərrikinə, səs sistemi keyfiyyətindən navigasiyasının bağlantı sürətinə, havalandırmadan oturacaq tənzimlənməsinə qədər bir çox sual soruşuldu. Avtomobillər 177 fərqli kateqoriyada incələnmiş oldu.

Araşdırmanın nəticəsində ən az qüsurun Lexus markası istifadəçiləri tərəfındən aşkar edildiyi görüldü.