Cenevrə’nin ulduzu Ferrari 488 Pista

Cenevrə'nin ulduzu Ferrari 488 Pista

2018 Cenevrə Avtomobil Sərgisi'ndə Ferrari, 488 Pista modelini nümayiş etdirir.

Ferrai 488 GTE və 488 Challenge yarış avtomobillərindən törədilən 488 Pista, 488 GTB'dən 90 kg daha az olan 1280 kiloqramlıq ağırlığa qarşı 50 HP daha güclü olan mühərrikiylə də diqqətləri öz üstlərinə çəkir. 2016 və 2017 illərində Engine of the Year (İlin Mühərriki) mükafatını qazanan bu mühərrik, 488 Pista'da litr başına 185 HP güc yaradırkən,  avtomobilin 0'dan 100 km/s sürətə 2.85 saniyədə çatmasına kömək olur. 340 km/s son sürətə çatan 488 Pista'da gerçəkləşdirilən aerodinamik əlavələr sayəsində isə, yerə basma qüvvəti 488 GTB' yə  görə yüzdə 20 artırılıb.

Yol tutma və əyləc baxımından dünyanın ən yaxşısı vəziyətinə gətirən F1-Trac, maqnitoreoloji dayandırma sistemi, E-Diff3 diferensial kilidi və dünyada ilk dəfə istifadə olunan, kaliper əyləc təzyiqini nizamlayan xüsusi bir yazılıma sahib Ferrari Dynamic Enhancer sistemi də 488 Pista'nın sürməsini daha da yaxşılaşdırır.

Fer Mas'ın Baş Müdiri  Sinan Saip Bel, avtomobil ilə bağlı olaraq "Ferrari tarixində ən əhəmiyyətli modellərindən biri olan 720 HP gücündəki 488 Pista'yı, daha əvvəl 488 GTB/Spider ilə bərabər V8 mühərrikə sahib başqa bir modelini 1 il içində alanlar, Ferrari Challenge yarışlarına  qatılanlar, bir və ya daha çox Versione Speciale Seriyası modelə sahib olanlar, qarşımızdakı il kolleksiyalarına daxil edə biləcək. Bundan başqa keçmişdə Ferrari Corso Pilota ilə Ferrari Challenge'a qatılmış olan istifadəçilərin avtomobilləri, öz istəklərinə görə Ferrari tərəfindən xüsusi təchizatlarla düzəldiləcək" dedi.