Cenevrə Avtomobil Sərgisində Yerini Alacaq Daha Bir Avtomobil Yeni Nəsil Audi A6

Cenevrə Avtomobil Sərgisində Yerini Alacaq Daha Bir Avtomobil Yeni Nəsil Audi A6

Avtomobil həvəskarlarının maraqla gözlədiyi 2018 Cenevrə Avtomobil Sərgisinə sayılı günlər qaldı. Markalar da yeni modelləri bu sərgidə tanıdacaqkən, Audi cəbhəsindən daha bir bomba gəldi. Yeni nəsil A6-da Cenevrədə yerini alacaq.

 

Dizayn baxımından geniş hava girişləri və güçlü görünümə malik fara forması diqqətləri çəkir. LED gündüz faralarından başqa HD Matrix LED farlarınında yer aldığı üç fərqli fara seçimi olacaq.

 

Arxa tərəfdən baxdıqda isə, Audi-nin xüsusiyyətlərini ortaya qoyan sport bir dizayna malik olduğunu görürük. Baqaj üstündə spoyler və istəyə bağlı olan LED stoplar da yer almaqdadır.

Yeni A6, sələfinə görə daha böyük bir avtomobildir. 4939 mm uzunluğa, 1886 mm enliyə və 1457 mm hündürlüyə sahib avtomobilin, təkər bazası isə, 2924 mm olaraq deyilir.

İç məkan, A7-dən götürülmüşdür. Yüksək keyfiyyətli materiallardan düzəldilmiş 12.3 düyümlük dijital göstərici paneliylə bərabər, avtomobildə  10.1 düyümlük bir multimedia ekranı yer alır. Bu ekranın altında isə, 8.6 düyüm ölçüsündə olan və kondisioner kimi funksiyaları idarə edə biləcəyiniz ekran yerləşir. Avtomobil, isitmə,soyutma və masaj funksiyalarına sahib yeni oturacaqlarla təchiz edilmişdir.

Audi A6 Avropada 3.0 litrlik TFSI V6 benzinli mühərrik ilə satılacaq. Bu mühərrik 340 HP və 500 Nm torkunu yerə, 7 irəli çarxlı S Tronic sürətlər qutusu və standart olaraq çıxarılacaq dört təkərlərdən çəkmə sistemiylə ötürəcək. Bu modelin 0-100 km/s sürətlənməsi 250 km/s olaraq deyilir.

Dizel versiyasında isə, 3.0 litrlik TDI V6 mühərrik olması seçimlər arasında var. 286 HP  və 620 Nm tork yaradan 8 irəli çarxlı avtomatik  sürətlər qutusu və dört təkərlərdən çəkiş sistemiylə satılacaq.

Yarı hibrid sisteminə sahib olan avtomobil, bunun nəticəsində 0.7/100 km/s yanacaq qənaət etmiş olacaq.