Bu Təkər Oksigen Xaric Edir

Bu Təkər Oksigen Xaric Edir

Yeni bir dövrə adım atan təkər istehsalçıları, havanın keyfiyyətini yaxşılaşdırmağı planlayan Oxygene konsepti üstündə çalışdı. Bu yeni konsept, təkərin disk yerləşdiyi hissəsindəki mamırlar hesabına ətraf mühitə oksigen xaric edir.

DÜNYA Sağlamlıq Təşkilatı"na görə, hava kirliliyin ölçüldüyü yerlərdə yaşayan insanların yüzdə 80'indən çoxu, limitləri aşan hava kirliliyi səviyələrinə məruz qalır. Bunu nəzərə alaraq ölkələr,  ətraf mühiti qorumaq adına yeni emissiya limitləri qətirərkən, qlobal avtomobil sənayesində də sıfır emissiyaya malik elektrikli avtomobil üstündə işlər sürətlənməyə başladı.

Təkər istehsalçıları da paralel olaraq  yeni həll yolları axtarırlar. Bunlardan biri  Cenevrə sərgisində Oxygene konsepti ilə böyük diqqət toplamağı bacardı. Oxygene təkərlərlərində yerləşən mamırların hopdurma(inteqrasiya) xüsusiyyətinə malik olması hava kirliliyini yaxşılaşdıran səbəblərdən biridir.

Təkərin açıq quruluşu və ağıllı səth dizaynı, nəmi və yol üstündəki suyu udaraq fotosintez prosesinə icazə verir. Beləliklə, oksigenin hava xaric edilməsinə kömək edir. Bu proses, Paris kimi  və təxminən 2.5 milyon avtomobilin olduğu bir şəhərdə, ildə 3 min ton oksigenin xaric olması  və 4 min tondan çox karbondioksidin udulması deməkdir.

Oxygene konsepti, yenidən düzəldilmiş təkərlərdən əldə edilən kauçuk tozu ilə 3-ölçülü olarak basılmış havasız  quruluşa malikdir. Yüngül və udma xüsusiyəti, təkərin istifadə müddətini uzadaraq sizə maddi tərəfdənd də qənaət etmiş olur. Təkərin səthi hesabına suyu udmasına kömək edərək  yaş yolda avtomobilinizi daha rahat idarə etmənizə səbəb olacaqdır.