Bentley direktoru: biz elektrifikasiya üçün daha çox hazır ola bilərdik

Bentley direktoru: biz elektrifikasiya üçün daha çox hazır ola bilərdik

"Bentley" şirkətinin yeni direktoru Adrian Hallmark, markanın hələ gələcəyə tam hazır olmadığını qəbul etdi.

Şirkət sadəcə ilk elektrikli modeli olan Bentayga hibridini bazara çıxarıb. Bu ilin başlarında, şirkətin yeni CEO'su olaraq işə başlayan Hallmark, bunları qeyd etdi: “Bəlkə de avtonom texnologiyası üçün hazır deyilik.

Bentayga  əla bir ilk adımdır, ancaq daha çox hibrit avtomobil istehsal etməliyik. Buna görə də dəyişdiyimiz ilk şey, dövr planının mümkün olduğu qədər sürətli bir şəkildə elektrifikasiyalaşmasıdır.

Daha əvvəl "Bentley"də 2005-ci ilədək satış, marketinq və PR departamentlərində idarə heyəti üzvü kimi fəaliyyət göstərən Hallmark, əlavə edirki: "Bu böyük bir dəyişiklik oldu və bunu edə bilmək üçün bir çox şeyi araşdırdıq. Demək olar ki, hər bir modelimizdə 2025-ci ilə qədər elektrikləşdirilmiş  - hibrid və ya tam elektrikli bir variant olacaq. Önümüzdəki 3-6 ay içərisində xüsusi planları həyata keçirəcəyik. Əlbəttə ki, bu ilin sonuna qədər biz nə edəcəyimiz barədə daha dəqiq fikirdə olacağıq ".

Hallmark təmiz bir elektrikli Bentley'nin önümüzdəki beş il içində istehsal ediləcəyini təsdiqlədi, ancaq bu modelin hansı olacağına dair daha ətraflı məlumat vermədi. "Qarşıdakı beş il içində elektrikli avtomobil istehsalına başlayacağımızı" dedi.