Tesla’ya Cəza! Hava çirkliliyinə səbəb olduğu üçün…

Tesla'ya Cəza! Hava çirkliliyinə səbəb olduğu üçün...

Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla'ya, hava çirkliliyinə səbəb olduğu üçün cərimə olundu.

Mərkəzi, ABŞ'ın Kaliforniya əyalətinə bağlı Palo Alto şəhərində olan elektrikli avtomobil istehsalçısı Tesla, hava kirliliyi səbəbindən ötrü 139.500 dollarlıq cərimə  ilə qarşı-qarşıya qaldı. Hava kirliliyin səbəbi təbii ki Tesla'nın elektrikli avtomobili deyil, bu cəzaya səbəb olan Amerika brendinin Fremont'da olan fabrikidir.

Tesla, Bay Area Hava Keyfiyyəti İdarə Regionu tərəfindən edilən cəzayı ödəməyi qəbul etdi. Bundan əlavə , razılaşmanın şərtlərindən biri isə, "San Jose Boys and Girls Club" adlı gənclik quruluşun damına günəş panelləri quracaq.

Elektrikli avtomobil istehsalçısı, 2013 ilə 2016 illəri arasında istifadə edilən bəzi nasaz avadanlıqlar tərəfindən ifraz olunan azot oksid qazının icazə verilən həddi keçdiyini təsdiqlədi. Ancaq qeyd edilən səhvin düzəldiyini və heç bir problem olmadığını dedi.

Fremont fabrikində hal-hazırda 10 mindən çox insanın işlədiyini və fabrikanın hava keyfiyyəti regionundan müsbət rəy aldığını bildirir. Şirkətdən bir səlahiyyətli, sadəcə 2013 ilində bir sobadan ötrü 1000 dollarlıq cərimə ödədiklərini qeyd etdi.

Bundan başqa 2010 ilində Tesla, ABŞ Ətraf Mühitin Qorunması Agentliyi'ndən Roadster modeli üçün Təmiz Hava Qanunu'na uyğun olduğunu sübut edən sertifikatı almağı rədd etdiyinə görə 275 min dollarlıq daha bir cərimə ödədiklərini qəbul etmişdi.